Mentorluq nədir? Hər hansı ixtisas, peşə və ya sənətdə peşəkar insanın bu sahəyə marağı olan təcrübəsiz insanlarla şəxsi təcrübələrini paylaşması mentorluq adlanır.Mentor ona müraciət edən şəxsə seçim etmək istədiyi ixtisas üzrə gələcəkdə onu gözləyən çətinlikləri daha rahat şəkildə aşmasına dəstək olur və yol göstərir. İxtisas.az saytı abituriyentlər üçün ödənişsiz mentorluq xidməti təklif edir. İxtisaslar üzrə saytımızdakı məqalələr və YouTube kanalımızdakı videomüsahibələrlə tanış olduqdan sonra sizin üçün qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün mentorluq xidmətimizdən istifadə edə bilərsiniz.Mentorluq xidmətindən istifadə qaydası: Saytın mentorluq bölməsinə daxil olub, x-ixtisası üzrə mentor seçilir, mentorun profilindən əlaqə vasitəsini götürərək, “ixtisas.az” tərəfindən yönləndirildiyinizi qeyd edib,əlaqə saxlayırsınız.
Mentorluq xidməti
P.S Nikki tarafından yayımlandı
Biz konserv əsrində yaşayırıq. (…) Daha fikirləşmək lazım deyil. Artıq hər şey bizim əvəzimizə düşünülüb, başa düşülüb və hətta yaşanılıb da. Konservlər! Sadəcə bankanı açmaq qalıb. Gündə üç dəfə evə çatdırılma. Heç nə əkmək, becərmək, qaynatmaq lazım deyil dalğınlıq, şübhə və kədər ocağında. Erix Mariya Remark. Zəfər tağı P.S .Bu bloq dadlı konservlərdən imtina etməyə çalışan iki ayaqlının iradəsi ilə olan daxili çəkişməsinin ən anlaşılan xarici təzahürüdür. Tüm gönderileri P.S Nikki ile görüntüle
Yayımlanmış